AZ

Mikayıldan Tolikə CAVAB - “O, sözümü səhv çatdırıb...”

Ötən gün tanınmış prodüser və aparıcı Tarix Əliyev (Tolik) verilişində həmkarı Mikayıl Güləddinoğlu haqqında səsləndirdiyi sərt fikirlərlə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.


Tarix Əliyev açıqlamasında bildirib ki, Mikayıl Güləddinoğlunun çalışdığı televiziya kanalında ona yüksək maaş təklif olunsa belə, əməkdaşlıq etməzdi:

“Onun çalışdığı kanalda mənə ayda 50 min də versələr, çalışmaram. Mən bu gün elə bir aktual adamam ki, Space-dən çıxsam, sabah başqa kanalda yenidən efirə çıxaram. Mən uğursuz olmamışam, getdiyim yerə uğur gətirmişəm. Xanım sənə deyir ki, Tolik də aparıcıdır, sən də deyirsən ki, Tolik aparıcıdır? Bəli! Bu gün mən səndən daha aktual aparıcıyam.”

Manset.az məsələ ilə bağlı Mikayıl Güləddinoğlu ilə əlaqə saxlayıb. Aparıcı baş verənlərin anlaşılmazlıqdan ibarət olduğunu bildirib:

“Orada bir səhv anlaşılma olub. Həmin xanım dediyimi düzgün çatdırmayıb. Bir xanım müğənni var, çox da tanınmış deyil. Sadəcə, o mənim sözümü səhvən təqdim edib və Tarix də bu səbəbdən belə reaksiya verib.”

M.Güləddinoğlu onu əlavə edib ki, hər bir aparıcının öz izləyici auditoriyası var:

“Tamaşaçı əgər önəm verirsə, baxır. Tarixin də öz tamaşaçısı var, mənim də, digər həmkarlarımızın da. Allah hər kəsin canını sağ eləsin. Tamaşaçılarımız kifayət qədərdir və Allah hər birinə bərəkət versin. Kimə nə qədər baxılır, bunu konkret demək olmaz. Amma baxırlarsa, nə xoş bizə.”

Sözügedən kadrları təqdim edirik:



Seçilən
20
manset.az

1Mənbələr