AZ

Şimali Koreya yeni nəsil hücum dronlarını nümayiş etdirib

Şimali Koreya yeni Kumsong taktiki hücum pilotsuz təyyarələrini sınaqdan keçirib.

Musavat.com ArbatMedia potalına istinadla xəbər verir ki, lider Kim Çen In onların uçuşlarını müşahidə edib.

Kim Çen In bəyan edib ki, pilotsuz texnologiyaya keçid KXDR ordusunun modernləşdirilməsinin əsas vəzifələrindən biridir.

Şimali Koreya ilk dəfə 2024-cü ildə özünün hücum pilotsuz təyyarələrini nümayiş etdirib. Mütəxəssislər hazırkı sınaqların Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlıqla bağlı ola biləcəyini düşünürlər.

Musavat.com

 

Seçilən
20
1
musavat.com

2Mənbələr