Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı keçirilir.
Operativ Media xəbər verir ki, Azərbaycanın 60 kq çəki dərəcəsində təmsil edən yunan-Roma güləşçisi Nihat Məmmədli 1/4 finala yüksəlib.
O, 1/8 final görüşündə əlcəzairli Abdelkarim Ferqata tam üstünlüklə (8:0) qalib gəlib.