AZ

Kamçatka yaxınlığında 5 maqnitudalı afterşok qeydə alınıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Kamçatka yarımadası sahillərində baş verən güclü zəlzələdən sonra 5 maqnitudalı afterşok qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı "Telegram" kanalında məlumat yayıb.
Bildirilib ki, təkanın episentri Petropavlovsk-Kamçatsk şəhərindən şərqdə, 102 km məsafədə, 49.1 km dərinlikdə yerləşib.
Xatırladaq ki, sentyabrın 19-da səhər saatlarında Kamçatka sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar Petropavlovsk-Kamçatsk və Vilyuçinsk şəhər dairələrində 7 bala, Yelizovo dairəsinin bəzi yaşayış məntəqələrində 6 bala, Ust-Kamçatsk dairəsində isə 4 bala qədər hiss olunub.
Rusiya fövqəladə hallar naziri Sergey Lebedev regionda dağıntıların qeydə alınmadığını bildirib. Yarımadanın şərq sahili boyunca sunami təhlükəsi elan edilib, Nalıçeva çayının mənsəbinə isə təxminən 30 sm hündürlüyündə dalğa daxil olub.
Seçilən
1
oxu.az

1Mənbələr