AZ

Türkiyədə yanğınlar hotellərə çatdı Villalar təxliyə edilir VİDEO

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyənin üç fərqli bölgəsində – Antalya (Alanya), Muğla (Milas və Köyceğiz) və Aydında meşə yanğınları şiddətlənib.

Bakupost.az xəbər verir ki, güclü külək səbəbindən alovlar sürətlə yayılaraq yaşayış məntəqələrinə çatıb. Fövqəladə hallar xidməti havadan və qurudan müdaxiləni davam etdirir.

Alanyda alovlar yaşayış evlərinə çatıb. Təhlükə səbəbilə 50-yə yaxın villa təxliyə edilib. Hava şəraiti və güclü külək alovun nəzarətdən çıxmasına səbəb olub.

Yanğınlar turizm zonasına da yaxınlaşıb. Belə ki, məşhur hotelləri qatı tüstü və qoxu bürüyüb.

Muğlanın Köyceğiz rayonunun Akköprü kəndində gecə saatlarında başlayan meşə yanğını Pınar və Sazak məhəllələrinə də sıçrayıb. İlkin məlumata görə, 1 ev və 2 tövlə tamamilə yanıb, 10 baş xırdabuynuzlu heyvan tələf olub. Toplam 58 ev boşaldılıb, 173 nəfər və 760 baş heyvan təxliyə edilib.

Yanğınlarla mübarizəyə 7 təyyarə, 10 helikopter 400-dən çox şəxsi heyət cəlb olunub.

Aysel,

BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
www.bakupost.az

1Mənbələr