AZ

Tanınmış aktyor qəzada öldü - FOTO

ABŞ-ın Los-Anceles şəhərində tanınmış aktyor və fotoqraf Bred Everett Yanq avtomobil qəzasında dünyasını dəyişib.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, 46 yaşlı sənətçinin avtomobili əks istiqamətdə hərəkət edən başqa bir maşının toqquşması nəticəsində idarəolunmaz vəziyyətə düşüb. Yanq hadisə yerində ölüb.

"Qrey's Anatomy", Boy Meets World və Charlie's Angels kimi məşhur ekran işlərindəki rolları ilə tanınan Bred Everett Yanq son illərdə aktyorluğu kənara qoyaraq fotoqraf kimi fəaliyyət göstərirdi.Onun çəkdiyi fotolar The Hollywood Reporter, Vanity Fair, Vogue, Harper's Bazaar və People kimi nüfuzlu jurnallarda dərc olunmuş, çoxsaylı ulduzların qırmızı xalça anlarını əbədiləşdirmişdi.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
44
50
milli.az

10Mənbələr