24 oktyabr 2025-ci il tarixində Mingəçevirdə “Regional Universitet–Sənaye Birliyi Sammit 2025” tədbiri keçiriləcək. Tədbir saat 09:00-dan 17:00-dək Arena Hotel Kurməkanında təşkil olunacaq.
KONKRET.az xəbər verir ki, sammit Azərbaycanın regionlarını, universitet-sənaye əməkdaşlığını təşviq edən ilk genişmiqyaslı platforma kimi diqqət çəkir. Tədbir çərçivəsində universitet–sənaye tərəfdaşlığının yeni modelləri, karyera sərgisi və vakansiyaların təqdimatı, startap layihələrinin dəstəklənməsi, panel müzakirələr və seminarlar keçiriləcək. Həmçinin akademik biliklərin sənaye təcrübəsi ilə inteqrasiyası üzrə əsas istiqamətlər üzrə tədbirlər təşkil olunacaq.
Sammitdə dövlət qurumları, böyük şirkətlər, bank və maliyyə sektoru, texnologiya və sənaye nümayəndələri, startaplar və innovasiya mərkəzləri, universitetlər və tədqiqatçılar, həmçinin on minlərlə tələbə və gənc iştirak edəcək. Tədbirdə 100 müəssisə və 10 000 ziyarətçinin iştirakı planlaşdırılır.
Tədbir Mingəçevir Dövlət Universiteti, HBN Group və Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən birgə təşkil olunur. Sammit iştirakçılarına universitetlər və sənaye müəssisələri arasında əməkdaşlıq imkanlarını genişləndirmək, tələbə və gənclərin iş dünyası ilə birbaşa əlaqə qurmasına dəstək olmaq, regionlardakı kadr potensialını gücləndirmək və innovativ təşəbbüslərin inkişafına töhfə vermək imkanı yaradacaq.
İştirak etmək istəyən müəssisələr 30 sentyabr 2025-ci il tarixinə qədər careerhub.az saytından qeydiyyatdan keçə bilərlər.
Ətraflı məlumat üçün əlaqə vasitələri:
- İştirak üçün: +994 10 411 86 86, [email protected]
- Sponsorluq üçün: +994 70 740 88 40, [email protected]
- Instagram: https://www.instagram.com/p/DNNDol5RZA7/