AZ

ABŞ Polşaya 253 "Javelin" tank əleyhinə raket verəcək

Vaşinqton Varşavaya "Javelin" tank əleyhinə raket kompleksləri və 2506 raket tədarük edəcək.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış məlumat verib.

O, açıqlamasında bildirib ki, ABŞ Dövlət Departamenti Polşaya 253 buraxılış qurğusu və 2506 raket, həmçinin zəruri təlim və ehtiyat hissələrinin satışını təsdiqləyib.

Söhbət müxtəlif növ zirehli texnikaları, o cümlədən dinamik mühafizə ilə təchiz olunmuşları məhv etməyə qadir olan FGM-148F raketlərindən gedir.

Gülşən Şərif

Seçilən
34
4
bakivaxti.az

5Mənbələr