UEFA Çempionlar Liqasının əsas mərhələsinin birinci turunda "Qalatasaray"ı 5:1 hesabı ilə məğlub edən "Ayntraxt"ın 65 illik həsrəti başa çatıb.
Publika.az xəbər verir ki, Almaniya təmsilçisi qitənin bir nömrəli klub turnirində sonuncu dəfə 1960-cı ilin mayında 5 və daha çox qollu qələbəyə sevinib. Həmin vaxt Frankfurt klubu Çempionlar Kubokunda (red - indiki Çempionlar Liqasında) "Reyncers"ə 6:3 hesabı ilə qalib.
Qeyd edək ki, "Ayntraxt" ÇL-də "Qarabağ"ın rəqiblərindəndir. Bu komandalar 7-ci tur çərçivəsində yanvarın 21-də Bakıda üz-üzə gələcəklər.