AZ

Qırğızıstanda Mərkəzi Asiya ölkələrinin forumu keçiriləcək

BAKI, 19 sentyabr. TELEQRAF

Sentyabrın 23-də Qırğızıstanın paytaxtı Bişkekdə “Mərkəzi Asiya ölkələrinin parlamentləri: Regionun hərtərəfli inkişafı üçün effektiv həllər” adlı III Parlamentlərarası Forum keçiriləcək.

Teleqraf xəbər verir ki, tədbirdə Mərkəzi Asiya ölkələrinin parlament sədrlərinin iştirakı gözlənilir.

Forumun əsas məqsədi Mərkəzi Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, davamlı iqtisadi artımın təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və rəqəmsal mühitin inkişafıdır.

III Parlamentlərarası Forum zamanı aşağıdakı mövzular müzakirə olunacaq:

“Miqrasiya və əmək axınları: vətəndaşların hüquqlarının hüquqi müdafiəsi və iqtisadi sabitlik”, “Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatının şəffaflığının artırılması və investisiya mühitinin yaxşılaşdırılması üçün qanunvericilik tədbirləri”, “Parlamentlər və rəqəmsal tənzimləmə: Ətraf mühit”.

Qeyd edək ki, əvvəlki forumlar 2023-cü ildə Qazaxıstanda, 2024-cü ildə isə Özbəkistanda keçirilib.

Seçilən
23
teleqraf.com

1Mənbələr