AZ

Kamerun liderinin qızı xalqı prezideny seçkilərində atasına səs verməməyə çağırdı

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Kamerunun hazırkı prezidenti Paul Biyanın qızı Brenda Biya vətəndaşları qarşıdan gələn prezident seçkilərində atasına səs verməməyə çağırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə RFI radiostansiyası məlumat yayıb.

Brenda Biya "TikTok" səhifəsində videomüraciət yerləşdirərək, atasının təkcə xalqını deyil, ailəsini də əziyyətə saldığını bildirib.

"Paul Biyaya səs verməyin.. O, öz ailəsi də daxil olmaqla, bir çox insanı əziyyətə salıb. Ümid edirəm ki, bizim fərqli prezidentimiz olacaq", deyə Brenda Biya bildirib.

Video daha sonra Kamerun prezidentinin qızının hesabında əlçatan olmayıb.

27 yaşlı Brenda Biya ekssentrik davranışları ilə tanınır və bir müddətdir ki, ailəsindən ayrı yaşayır. 92 yaşlı Pol Biyanın üç övladı var və Brenda onun yeganə qızıdır.

2025-ci ilin yanvarında Pol Biyanın bu ilin oktyabrın 12-nə təyin edilmiş prezident seçkilərində namizədliyini rəsmən elan etdiyi açıqlanıb.  Ölkənin seçki komissiyası seçkilərdə iştirak etmək üçün 13 namizədin, o cümlədən 43 il fasiləsiz prezident olan Paul Biyanın namizədliyini təsdiqləyib.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
qaynarinfo.az

1Mənbələr