AZ

Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib

Ajans.az The Guardian nəşrinə istinadən xəbər verir ki,yeni sanksiyalar paketi Rusiyanın Ukraynaya qarşı davam edən genişmiqyaslı hərbi müdaxiləsinə cavab olaraq qəbul olunub. Hazırda paketə daxil olan konkret tədbirlər açıqlanmayıb. Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaja Kallas sentyabrın 19-da sanksiyalarla bağlı ətraflı məlumat təqdim edəcəklər. Daha əvvəl Politico yazmışdı ki, Avropa İttifaqı yeni sanksiyalar paketini sentyabrın 17-də elan etməyi planlaşdırsa da, paketin dərc olunması təxirə salınıb. Sızan ilkin məlumatlara görə, sanksiyalar paketinə Rusiya bank sektoruna və enerji şirkətlərinə qarşı məhdudiyyətlər daxil ola bilər. Eyni zamanda, İtaliyanın ANSA xəbər agentliyi Avropa İttifaqının rusiyalı vətəndaşlara viza tələblərini sərtləşdirməyi müzakirə etdiyini bildirib. Bu sanksiyalar paketi Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi ardıcıl tədbirlər silsiləsinin davamı kimi qiymətləndirilir. İttifaq daha əvvəl qəbul etdiyi paketlərdə maliyyə sektorunu, texnologiya ixracını, enerji resurslarını və fərdi şəxsləri hədəfə almışdı.

 

Seçilən
7
Ajans.az

1Mənbələr