AZ

Manatın məzənnəsi ilə bağlı MÜHÜM XƏBƏR

Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq.

 

Bu barədə “The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit” (EIU) 2024–2029-cu illər üçün manatın məzənnəsi ilə bağlı proqnozunda bildirib.

 

 

Proqnoza əsasən, Dollar/AZN məzənnəsi 2025-2029-cu illər ərzində 1,70 səviyyəsində sabit qalacaq, avro isə Azərbaycan manatı qarşısında nisbətən ucuzlaşacaq. EIU analitikləri hesab edirlər ki, Avro/AZN məzənnəsinin bu il 1,77 manat, gələn il 1,75 manat, 2027-ci ildə isə 1,73 manat səviyyəsinə enəcək. 2028-2029-cu illərdə isə eyni məzənnə ilə ticarət ediləcək.

 

Ümumilikdə EIU hesab edir ki, məzənnənin sabit saxlanılması Mərkəzi Bankın siyasəti ilə uzlaşır və yaxın illərdə manatın kursunda ciddi dəyişikliklər gözlənilmir./APA

Tarix: 19 Sentyabr 2025, 16:04   
Seçilən
62
17
pravda.az

10Mənbələr