AZ

Yasamalın bəzi yollarında nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Bakı şəhərində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sentyabrın 20-si il saat 08:00-dan sentyabrın 21-i saat 22:00-dək Yasamal rayonunda yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq yollar aşağıdakılardır:

- Cəfər Cabbarlı küçəsində – A.A.Bakıxanov küçəsindən B.Bağırova küçəsinədək olan hissədə;

- Xarici Dairəvi avtomobil yolunun yan yolunda – Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissədə.

Seçilən
32
12
avtosfer.az

10Mənbələr