AZ

Şirkət 8,2 milyon manatlıq müqavilə bağladı - Ağdam şəhərində binalar tikəcək

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs "TURAN.İ.O" ilə müqavilə bağlayıb.

Marja.az xəbər verir ki, müqavilə “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-140 üzrə binaların tikintisi işləri”nin satın alınmasını nəzərdə tutur.

Müqavilənin məbləği 8 milyon 228 min manatdır. Açıq tenderdə ehtimal olunan qiymət 10 milyon 47 min manat idi.

Müqavilənin başlama tarixi 16.09.2025-ci il, bitmə tarixi 10.11.2026-cı ildir. 

 

TURAN.İ.O
Seçilən
1
2
marja.az

3Mənbələr