AZ

Ermənistanın xidmət rəisi Bakıya niyə gəlir?

Ermənistanın Milli Təhlükəsizlik Xidməti diqqətçəkən məlumat yayıb. Belə ki,  Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) nümayəndə heyətinin Bakıda keçiriləcək “3-cü Beynəlxalq Təhlükəsizlik Forumu”nda iştirak edəcəyi elan edilib.

Bildirilir ki, nümayəndə heyətinə Xidmətin rəisi Andranik Simonyan rəhbərlik edəcək.

Forumun 19–21 sentyabr tarixlərində baş tutacağı qeyd olunur. Xatırladaq ki, Simonyan bu ilin iyul ayında Ermənistan MTX-nin rəisi təyin edilib.

Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Ermənistan tərəfinin iştirak istəyinə müsbət reaksiya veriləcək:

"Biz sülhə nail olmaq istəyirik. Sadəcə gec-tez məsələsi var. Müharibə vaxtında da hansısa İrəvanda və ya Bakıda keçirilən beynəlxalq forumlar zamanı bizim nümayəndələrimiz Ermənistana, Ermənistanın nümayəndələri də Azərbaycana gəlirdilər. Çünki beynəlxalq forumları girov götürə bilmərik. Biz danışıqlarda sülhə nail olmaq istiqamətində böyük məsafə qət etmişiksə, gec-tez belə səfərlər baş tutacaq.

Yəqin ki, Ermənistan tərəfinin iştirak istəyinə müsbət reaksiya veriləcək. Əlbəttə, əgər bu beynəlxalq forumdursa, kim istəyirsə, qoy, gəlsin. Ermənistanın nümayəndələri də iştirak etmək istəyirlərsə, qoy gəlsinlər və öz gözləri ilə görsünlər ki, Azərbaycan necə inkişaf edir". 

Seçilən
31
1
modern.az

2Mənbələr