AZ

Yeni süni intellekt modeli xəstəlikləri 10 il əvvəlindən proqnozlaşdırır

ain.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa Molekulyar Biologiya Laboratoriyası, Almaniya Xərçəng Araşdırma Mərkəzi (DKFZ) və Kopenhagen Universitetinin tədqiqatçıları yeni süni intellekt modeli ilə insanların yaxın 10 ildə inkişaf edə biləcək xəstəliklərini proqnozlaşdıra biləcəklərini açıqlayıblar. 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, yeni inkişaf etdirilən "Delphi-2M" adlı süni intellekt modeli, tibbi qeydlərdən istifadə edərək, yaxın gələcəkdə qarşılaşılacaq sağlamlıq problemlərini müəyyən edə bilir.

"Delphi-2M" modeli, cümlədəki söz sırasını təxmin etmək üçün dil nümunələrini anlamağa yönəldilmişdir. Eyni texnologiya, müasir ChatGPT-nin işləmə prinsipləri ilə oxşardır. Model anonim tibbi qeydlərdəki nümunələri aşkar edərək, istifadəçilərin yaxın 10 ildə qarşılaşa biləcəkləri xəstəlikləri öncədən proqnozlaşdırır.

Tədqiqatda istifadə edilən məlumatlar Böyük Britaniyada 400,000-dən çox insandan toplanmış anonim tibbi qeydlərdən və Danimarkada 1,9 milyon insanın məlumatlarından ibarət olub. Araşdırma proqramın 2-ci tip şəkərli diabet, infarkt və sepsis kimi mütərəqqi xəstəliklərin proqnozlaşdırılmasında yüksək dəqiqlik təmin etdiyini göstərib.

Tədqiqatın rəhbəri, professor Ewan Birney bildirib: "Hava proqnozunda yağış ehtimalını 70 faiz verə bildiyimiz kimi, səhiyyədə də eyni şeyi edə bilərik." O, modelin hələ klinik istifadə üçün hazır olmadığını, lakin erkən diaqnoz və profilaktik müalicə məqsədilə yüksək riskli xəstələri müəyyən etmək üçün istifadə edilə biləcəyini qeyd edib.

Eyni zamanda, bu süni intellekt modelinin səhiyyə müəssisələrinə gələcək xəstə sıxlığının planlaşdırılmasında kömək edə biləcəyi vurğulanıb.

Hazırda, modelin istifadə etdiyi məlumatlar əsasən 40-70 yaş qrupuna aid olduğu üçün, daha geniş yaş qrupları və müxtəlif tibbi analizlərlə (genetik, qan analizi, ekran yoxlamaları) yenilənməsi planlaşdırılır.

Araşdırma nəticələri Nature jurnalında dərc olunub.

Missiya.Az Seyranə Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
1
missiya.az

2Mənbələr