AZ

Peşiç yığmadan getdi

2021-ci ildən Serbiyanın basketbol yığmasını çalışdıran Svetislav Peşiç baş məşqçi vəzifəsindən getdiyini elan edib:
“Serbiya yığmasının baş məşqçisi olmaq, ən yaxşı serb basketbolçularla çalışmaq mənim üçün böyük şərəf idi. Həmişə peşəkarlığın və biliyin uğura çatmaq yolunda dominantlıq etməsinə çalışmışam. Gələcəkdə də peşəkarlığımı və sadiqliyimi prezident Çoviçə və basketbol ictimaiyyətimizə təklif etməyə hazıram. Ancaq indi yeni baş məşqçi tapmaq zamanıdı ki, başladığımız işi davam etdirsin”.

Serbiya yığması bazar günü başa çatan AÇ-də mübarizəni 1/8 finalda Finlandiyaya uduzmaqla (86:92) dayandırıb. Peşiç məşqçi karyerası boyunca “Barselona”, “Bavariya”, “Srvena Zvezda”, Moskva “Dinamo”su, “Valensiya”, “Jirona” klublarında, həmçinin Almaniya və Yuqoslaviya yığmalarında çalışıb, yığmalarla iki dəfə qitə birinciliyinin qızıl medalını qazanıb. Yuqoslaviya yığması onun rəhbərliyi altında 2002-ci ildə dünya çempionu da olub.
Seçilən
18
1
football-plus.az

2Mənbələr