“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç 6 həftəlik sıradan çıxıb.
Bu barədə Operativ Media-ya açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
O, futbolçunun zədəsinin ciddi olduğunu qeyd edib:
“MRT müayinəsindən sonra məlum oldu ki, Marko Yankoviçin zədəsi kifayət qədər ciddidir. Söhbət dördbaşlı əzələnin gərilməsindən gedir. Zədədən sonra onu spazm kimi qiymətləndirmişdilər. İlkin olaraq ağrı da özünü elə göstərmişdi. Daha sonra MRT müayinəsi zədənin daha ciddi olduğunu üzə çıxardı”.