AZ

Qadın boşanma zamanı ərə verdiyi qızılları tələb edə bilərmi?

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Boşanma ilə bağlı problemlər az qala tükənməzdir. Belə problemlərdən biri də mülk məsələləridir.

Aydın məsələdir ki, toy mərasimindən sonra qadın öz qızıllarını ər evinə gətirir.

Sual olunur: əgər həyat şərtləri səbəbindən ər həmin qızılları satırsa və daha sonra boşanma halında bu məsələ qalxırsa, prosedur necə olur?

Daha dəqiq, qızılları geri tələb etmək mümkündür?

Hüquqşünas Rəşad Səfərov Gununsesi.info-ya bu barədə danışıb.

Onun sözlərinə görə, həyat yoldaşınız bu əmlakı sizin razılığınız olmadan satıbsa, ziyanı kompensasiya etməlidir;

“Əgər qızıllar sizin şəxsi mülkünüz idisə (məsələn, nikah öncəsi əldə etmisiniz və ya ailənizdən hədiyyə almısınız), o halda onlara şəxsi əmlak statusu aiddir. Həyat yoldaşınız bu əmlakı sizin razılığınız olmadan satıbsa, ziyanı kompensasiya etməlidir. Sizin bu tələbinizi məhkəmə qaydasında qaldırıb sübut etməlisiniz ki, qızıllar birgə əmlak deyildi, şəxsən sizə məxsus idi”.

Afət

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
icma.az

1Mənbələr