AZ

DƏHŞƏT! Nənəsini qaz balonu ilə öldürdü

Dənizlinin Acıpayam rayonunda nənəsini qaz balonu ilə döyərək öldürdüyünü etiraf edən şübhəli həbs edilib.

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Avşar Məhəlləsində 94 yaşlı Hanım Ayşe K.-nin ölümündən sonra jandarmada saxlanılan nəvəsi 40 yaşlı O.K.-ın əməliyyatları tamamlanıb.

İl Jandarma Komandanlığının Jandarma Cinayət Axtarış Qrupu tərəfindən sorğu-sual zamanı qətli etiraf edən şübhəlinin "Gecə evə sərxoş gəldim. Nənəmlə niyə mübahisə etdiyimi bilmirəm. Nənəmin başına qaz balonu ilə vurduğumu xatırlayıram. Onun ağır yaralı olduğunu görəndə pilləkanlardan yıxıldığını dedim. Bir anlıq qəzəbim pis şeylərə səbəb oldu" - deyib.

Ədliyyəyə sövq edilən şübhəli, gətirildiyi Sülh cəza hakimliyi tərəfindən həbs edilib.

Seçilən
23
manset.az

1Mənbələr