AZ

Tamam Cəfərova: "Məişət zorakılığı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Məişət zorakılığı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var".
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Tamam Cəfərova deyib.
O bildirib ki, məişət zorakılığı ilə bağlı qanun yenə müzakirəyə çıxarılmalı və aidiyyəti qurumlar bu müzakirələrdə iştirak etməlidir:
"Qadın qətlləri ilə bağlı məsələni xüsusi vurğulamaq istəyirəm. 2024-cü ilin statistikasına baxdım, 2023-cü ilə nisbətən faiz etibarilə azalıb. Amma yenə də mətbuatda hər həftə qadınların qətlə yetirilməsi ilə bağlı xəbərlərin şahidi oluruq. Çox üzücü haldır ki, onlar həyat yoldaşı, keçmiş ərləri, birlikdə yaşadığı kişilər tərəfindən qətlə yetiriliblər. Biz, həmçinin, yeniyetmələrin öz anasını qətlə yetirmələri xəbərlərini də oxuduq. Sonuncu dəfə 14 yaşlı oğlan öz anasını qətlə yetirdiyini məhkəmədə etiraf etdi.
Bununla yanaşı, ataların öz qızlarının, qardaşların bacılarını qətlə yetirməsi faktları var. Ona görə də bu məsələ müzakirə olunmalıdır. Dünyada belə təcrübələr var ki, qadın qətllərinə görə ömürlük həbs cəzası verilir. Düşünürəm ki, bu məsələ ilə bağlı ictimai dinləmənin keçirilməsi çox yaxşı olar".
Samir Əli
Seçilən
30
oxu.az

1Mənbələr