AZ

Onlara ömürlük həbs verilsin! - Deputatdan TƏKLİF

Məişət zorakılığı ilə bağlı qanuna dəyişikliyə yenə ehtiyac var. 

News365.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Tamam Cəfərova bildirib.

O təklif edib ki, məişət zorakılığı ilə bağlı qanun yenə müzakirəyə çıxarılsın və aidiyyəti qurumlar burada iştirak etsinlər. 

“Qadın qətlləri ilə bağlı məsələni xüsusi vurğulamaq istəyirəm. 2024-cü ilin statistikasına baxdım 2023-cü ilə nisbətən faiz etibarilə aşağı düşüb. Amma yenə də mətbuatda hər həftə qadınların qətlə yetirilməsinin şahidi oluruq. Çox üzücü haldır ki, onlar həyat yoldaşı, keçmiş ərləri, birlikdə yaşadığı kişilər tərəfindən qətlə yetiriliblər. Biz həmçinin yeniyetmələrin öz anasını qətlə yetirməsinin şahidi olduq. Sonuncu dəfə 14 yaşlı oğlan öz anasının qətlə yetirdiyini məhkəmədə etiraf etdi. Bununla yanaşı, ataların öz qızlarının, qardaşların bacılarını qətlə yetirməsi faktları var. Ona görə də bu məsələ müzakirə olunmalıdır.  Dünyada belə bir proseslər gedir ki, qadın qətllərinə görə ömürlük həbs cəzası verilsin. Düşünürəm ki, bu məsələ ilə bağlı ictimai dinləmənin keçirilməsi çox yaxşı olar”, - deputat bildirib.

Seçilən
50
15
news365.az

10Mənbələr