AZ

Suraxanıda “Suverenliyin gücü, neftçinin əməyi” adlı tədbir Fotolar

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Sentyabrın 19-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 sentyabr Dövlət Suverenliyi Günü və Neftçilər Günü münasibətilə “Suverenliyin gücü, neftçinin əməyi” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİH başçısının müavinləri, şöbə müdirləri, rayonda fəaliyyət göstərən neft və sənaye müəssisələrinin nümayəndələri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev bildirib ki, Azərbaycanın dövlət müstəqilliyi ilə milli sərvətimiz olan neftin tarixi hər zaman bir-biri ilə sıx bağlı olub.

O, qeyd edib ki, xalqımız böyük çətinliklər bahasına öz dövlət müstəqilliyini qoruyub saxlamış və bu gün onu daha da möhkəmləndirərək gələcəyə daşıyır. Neftçilərin əməyinin suverenliyimizin iqtisadi dayağı olduğunu diqqətə çatdıran RİH başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinə sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir. A.Əliyev qeyd edib ki, Ulu Öndərin neft strategiyasını uğurla davam etdirən Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən siyasəti bu gün ölkəmiz və region üçün böyük fayda verir.

Sonda rayonun neft və sənaye müəssisələrinin bir qrup əməkdaşı rayonun sosial-iqtisadi inkişafında fəal iştirakına görə RİH başçısının Fəxri Fərmanları ilə təltif edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
3
qafqazinfo.az

4Mənbələr