AZ

YAP Bərdə rayon təşkilati Dövlət Suverenliyi Gününü təntənəli şəkildə qeyd edib

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı 20 sentyabr - Dövlət Suverenliyi Gününə həsr edilmiş təntənəli tədbir keçirib. 
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. 
Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, dövlətimizin suverenliyi uğrunda,  xalqımızın azadlığı naminə canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Dövlət Suverenliyi Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, dövlət suverenliyimizin bərpası müstəqillik tariximizdə  Müzəffər Liderimiz cənab İlham Əliyev başda olmaqla xalqımızın ən böyük tarixi qələbəsidir! Dövlət Suverenliyi Gününü xalqımız çox böyük Zəfərlər, qələbələr və nailiyyətlərlə qeyd edir. Bütün bu uğurların təməlində Ulu öndər Heydər Əliyevin parlaq ideyaları dayanır. Müzəffər Liderimiz cənab İlham Əliyev  Vətən müharibəsində və antiterror tədbirlərində xalq - iqtidar - Ordu birliyi nəticəsində əldə etdiyi qələbəni Vaşinqton sülh razılaşması ilə diplomatiya yolu daha da möhkəmləndirdi! Suverenliyimizin əbədiliyinə bir daha sarsılmaz zəmin yaratdı!
Tədbirdə çıxış edən  antiterror tədbirləri zamanı şəhid olmuş şəhid Mehdizadə Mirpaşanin anası Maral İsmayılova, atası Yaqub Mehdiyev, YAP fəalları - Vətən müharibəsi şəhidi Elməddin Hüseynzadənin anası Arzu Hüseynova, rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, QRTİ Bərdə sektorunun müdiri Qurban Məmmədov, Bərdə rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Vüsal Məmmədov, QMİ Bərdə nümayəndəliyinin rəhbəri Fərid Hacıyev, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev, Bərdə ASAN Xidmət Mərkəzinin şöbə müdiri Şamxal Yaqubov dövlət suverenliyinə aparan yolların çətinliyindən danışmış, bugünün tarixi əhəmiyyətini xüsusi vurğulayıblar. 
Tədbirdə YAP Bərdə rayon təşkilatı tərəfindən YAP - a yeni üzv olanlara üzvlük vəsiqələri, yubilyar veteranlara və fəal ərazi partiya təşkilatı sədrlərinə Fəxri Fərman və hədiyyələr təqdim olunub. 
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.
Sonda xatirə şəkli çəkdirilib.

Seçilən
2
ikisahil.az

1Mənbələr