1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Gədəbəy rayonunda DOST İş Mərkəzinin əməkdaşlarının qeyri-qanuni işlərə cəlb olunduğu iddia edilib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə videogörüntü paylaşılıb.
İddia olunub ki, Gədəbəy Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin mühasibi DOST İş Mərkəzinin əməkdaşlarını qeyri-qanuni olaraq kartof sahəsində çalışdırıb.
DOST İş Mərkəzinin mətbuat katibi Rüstəm İbadov Oxu.Az-a açıqlamasında videogörüntünün araşdırıldığını diqqətə çatdırıb.

O qeyd edib ki, videodakı işçilər Yeganə Allahverdiyeva və Reybə İmamverdiyevanın avqustun 5-də işdən sonra əlavə qazanc üçün əkin sahəsində çalışdıqları müəyyən edilib.
"Onların bu fəaliyyətinin təhkim olunduqları əsas iş yerinə aidiyyəti yoxdur. Ödənişli ictimai işlərə cəlb edilənlər DOST İş Mərkəzi ilə bağladıqları əmək müqaviləsi əsasında işlərə cəlb edilirlər. Onların əmək fəaliyyətinə, davamiyyətinə nəzarət edilməsinə isə işə cəlb olunduqları müəssisə cavabdehlik daşıyır", - deyə R.İbadov bildirib.
Əzizə İsmayılova