AZ

Uşaqlar məktəbə, bağçaya qəbul olunan zaman psixoloji durumu öyrənilirmi?

Ajans.az xəbər verir ki, ARB kanalında yayımlanan “Sən olsaydın” verilişində qonaq olan psixoloq Ülviyyə Murtuzova bildirib ki, məktəbəqədər təhsilə qəbul olunan uşaqlar psixoloji testlərdən keçməlidirlər.  Onun sözlərinə görə, bəzi uşaqlar evdə valideynə qarşı aqressiya göstərə bilmədiyi üçün bu davranışlarını bağçada və ya məktəbdə digər uşaqlara yönəldirlər. Murtuzova vurğulayıb ki, uşaqların oyun zamanı belə bıçaq, çəngəl və digər əşyalarla yoldaşlarına zərər yetirməsi halları olub, lakin çox vaxt valideyn günahkar sayıldığı üçün bu hallar ictimailəşdirilmir. O qeyd edib ki, uşaqlarda şiddət, əsəb və aqressiya halları ailədaxili münasibətlərdən qaynaqlanır və valideynlərin bu vəziyyəti gizlətməsi gələcəkdə daha ciddi fəsadlara səbəb ola bilər: “Bir çox ailələr qız uşaqlarında davranış pozuntularını gizlədir, psixoloqa və ya psixiatra aparmırlar. Bu isə sonradan həm uşaq, həm də cəmiyyət üçün təhlükəli nəticələr doğurur”.

Psixoloq əlavə edib ki, belə hallarda uşağın bağçaya göndərilməsi çıxış yolu deyil, onlar mütləq mütəxəssis nəzarətinə götürülməlidir.

Seçilən
4
Ajans.az

1Mənbələr