AZ

Makron arvadının kişi olmadığını isbatlamaq üçün məhkəməyə sübut təqdim etmək məcburiyyətində qaldı...


Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun “kişi doğulması” ilə bağlı iddialar uzun müddətdir ki, gündəmdən düşmür.

BBC-nin məlumatına görə, 2024-cü ilin mart ayından bu barədə müntəzəm paylaşımlar edən şərhçi Kendis Ouenslə Makron arasında məhkəmə prosesi başlayıb.

Makronlar Candace Owensə qarşı açdıqları böhtan işi çərçivəsində məhkəməyə bəzi sənədlər təqdim edəcəklər. Cütlüyün vəkili Tom Kler BBC-yə deyib ki, Bricit Macron bu iddiaları "çox narahatedici" hesab edir.

Makronların Bricitin hamilə olduğu və uşağını böyütdüyü zaman fotolarını təqdim edib-etməyəcəyi sualına vəkil Kler, bu fotoların mövcud olduğunu və məhkəməyə təqdim ediləcəyini vurğulayıb.

İllərdir internetdə yayılan xəbərlərə görə, Makron Jan-Mişel Troney adlı oğlan uşağı kimi dünyaya gəlib. Ouens isə bu xəbəri 7 milyona yaxın izləyicisi olan X səhifəsində paylaşıb.

TAHİR

Seçilən
9
baki-xeber.com

1Mənbələr