“Qarabağ”ın aparıcı oyunçularından biri, yarımmüdafiəçisi Marko Yankoviç 6 həftəlik yaşıl meydanlardan kənarda qalacaq.
Ölkə.Az xəbər verir ki, MRT müayinəsindən sonra onun zədəsinin kifayət qədər ciddi olduğu məlum olub.
Qeyd edək ki, Marko Yankoviç oktyabrın 1-də "Kopenhagen"lə, oktyabrın 22-də isə "Atletik"lə oyunu buraxacaq.
Xatırladaq ki, monteneqrolu futbolçunun "Benfika" ilə qarşılaşmada göstərdiyi performans yüksək qiymətləndirilmişdi, onun oyun zamanı sərgilədiyi epizodlardan biri sosial şəbəkələrdə viral videolardan birinə çevrilmişdi.