Avropa Komissiyasının sözçüsü Paula Pinho bildirib ki, Rusiya Ukraynaya genişmiqyaslı işğalı səbəbindən ona qarşı yeni sanksiyalar paketi qəbul edib.
Busaat.az xəbər verir ki, bu, 19-cu sanksiyalar paketi olacaq.
Paketə daxil olan dəqiq tədbirlər hələlik məlum deyil. Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Aİ-nin xarici siyasət üzrə rəhbəri Kaya Kallas bu gün sanksiyaların təfərrüatlarını təqdim edəcəklər.
Paketin hazırlanması zamanı Aİ-nin banklara və enerji şirkətlərinə məhdudiyyətlər daxil edə biləcəyi bildirilib. Bundan əlavə, İtaliyanın ANSA xəbər agentliyi Avropanın ruslar üçün viza qaydalarının sərtləşdirilməsini müzakirə etdiyini bildirdi.
Yeganə