AZ

Murad Arifdən “90-lar” etirafı: “Ayaqqabılarımın altı həmişə yırtıq idi”

Bəstəkar, müğənni Murad Arif yeni paylaşımı ilə gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, ifaçı sosial media hesabında arxiv fotolarını izləyicilərinə təqdim edib. 

O, həmin paylaşımında uşaqlıq xatirələrindən söz açaraq deyib: Dördpendirli pizza

“Birisi "90-lar başqa idi" deyəndə, yadıma altı deşik ayaqqabılarım düşür. Xatırlayıram ki, ayaqqabılarımın altı hər zaman yırtılırdı, yenisini almağa imkan olmurdu. O ayaqqabılar zatən xalam uşaqlarının köhnəsiydi, bəlkə də ona görə ömrü qısa idi. Evdə atamla "lifehack" fikirləşmişdik: ayaqqabının içinə karton ya da linolyum kəsib sərərdim. Mamamın toxuduğu yun corabların üstündən salafan torba da geyinirdim. Yenə də su keçirir, ayaqlarım donurdu. Həm də necə narahat idi”.

Bəstəkar bildirib ki, həmin illərdəki çətinliklər bu gün də özünü hiss etdirir:

“İllərlə məktəbə beləcə ayaq döymüşəm. O vaxtdan soyuğu, qışı heç sevmirəm. Hava dəyişən kimi ayaqlarım hələ də üşüyür”.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
12
1
yenisabah.az

2Mənbələr