AZ

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Gürcüstanda rəsmi səfərdədir

Tbilisi, 19 sentyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Gürcüstana rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Tbilisi Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimi olub. Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini Gürcüstanın Baş naziri İrakli Kobaxidze qarşılayıb. Hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Hazırda Hökumət Administrasiyasında Gürcüstan və Birləşmiş Ərəb Əmirliklərinin Nazirlər Kabinetinin üzvlərinin iştirakı ilə iki liderin geniş tərkibdə görüşü keçirilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
6
1
azertag.az

2Mənbələr