Bakı. Trend:
Azərbaycanda "İctimai nəqliyyat" Məqsədli Büdcə Fonduyaradılır.
Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlərhaqqında imzaladığı Fərmanda öz əksini tapıb.
Fərmana əsasən, dövlət büdcəsinin tərkibində "İctimai nəqliyyat"Məqsədli Büdcə Fondu yaradılır.
Fond aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:
- avtomobil benzininin, dizel yanacağının və maye qazın hərlitrinə görə yol vergisinin Fonda köçürülən hissəsi;
- nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisindəmüəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görəödənilən haqq;
Fondun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuşxərclər dairəsində sərəncamçısı Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyidir.