AZ

SOCAR-"Citibank" əməkdaşlığı müzakirə olundu

Yazını böyüt
Yazını kiçilt

SOCAR-ın prezidenti Rövşən Nəcəf "Citibank"ın idarəedici direktoru, təmiz enerjiyə keçid üzrə qlobal rəhbəri və Böyük Britaniyada təbii sərvətlər üzrə rəhbər Kasi Şepörd ilə görüşüb.

Şirkətdən hafta.az-a bildiriblər ki, görüşdə SOCAR ilə "Citibank" arasında uzunmüddətli əməkdaşlıqdan məmnunluq ifadə olunub, əlaqələrin mövcud vəziyyəti, birgə həyata keçirilən layihələr müzakirə olunub.

Tərəflər enerji və maliyyə sektorlarında əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirib, bu xüsusda SOCAR-ın həyata keçirdiyi neft-qaz və bərpaolunan enerji layihələrinin maliyyələşdirilməsi, kapital bazarlarına çıxış imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

Seçilən
16
9
hafta.az

10Mənbələr