AZ

PROFESSOR NADİR MƏMMƏDLİ – 66

Nadir Məmmədli, əgər belə demək mümkünsə, Azərbaycan sovet dilçiliyinin son, müstəqil Azərbaycan dilçiliyinin ilk nümayəndələrindəndir. Və əlbəttə, bu gün sovet ideologiyasına nə qədər tənqidi yanaşsaq da etiraf etməliyik ki, bütün metodoloji problemlərinə, ideoloji paradokslarına rəğmən, sovet dilçiliyi təsviri, müqayisəli tarixi və müqayisəli-tipoloji araşdırmalar sahəsində, həqiqətən, məhsuldar məktəblər formalaşdırmışdır.

Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən (qeyd edim ki, aspirantlıq illərimdə onlara mətn dilçiliyindən bir semestr ixtisas kursu keçmuşəm, Nadiri də o illərdən – tələbəlikdən tanıyıram) sonra Nadir Məmmədli öz yaradıcılıqtərcümeyi-halını Elmlər Akademiyamızın artlq bir ildir ki,uğurla rəhbərlik etduyi Nəsimi adına Dilçilik İnstitutu ilə bağladı. Hələ ilk gəncliyindən yaradıcılığın müxtəlif istiqamətlərində öz istedadını nümayiş etdirsə də, görünür, get-gedə dilçiliyin leksikasahəsi – leksikologiya onun diqqətini daha çox çəkdi. 1989-cu ildə “Müasir Azərbaycan dilində feili sinonimlər” mövzusunda namizədlik, 2001-ci ildə isə “Müasir Azərbaycan dilində alınma terminlər (1920 – 1991-ci illər)” mövzusunda doktorluq dissertasiyaları müdafiə etdi. Və bu gün heç bir tərəddüdsüz demək olar ki, o, Azərbaycan dilçiliyində alınma, eləcə də beynəlxalq leksikon sahəsinin ən nüfuzlu mütəxəssisidir. “Alınma terminlər (1920- 1995)” (1997), “Azərbaycan dilində alınma terminlər” (2017) monoqrafiyaları, bir neçə dəfə nəşr olunmuş “Yunan və latın mənşəli beynəlmiləl termin elementlər lüğəti”, eləcə də onlarla məqalələri müəllifinə həqiqi dilçi şöhrəti gətirmişdir.

Professor Nadir Məmmədlinin dil haqqındakı elmimiz qarşısındakı ikinci böyük ximəti, yəqin ki, sözün geniş mənasında kommunikasiya mədəniyyətinə həsr olunmuş irihəcmli dərslikləridir ki, buraya ikicildlik “Azərbaycan dili və nitq mədəniyyəti” (I c., 2020; II c., 2022), “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” (2021 və 2022) daxildir.Azərbaycan universitetlərində xeyli vaxtdır tədris edilən bu fənlərinmüasir tələblərə cavab verəcək bir səviyyəyə yüksəlməsinə həmin əsərlər, şübhəsiz, öz təsirini göstərəcəkdir. İlk növbədə ona görə ki, sözügedən dərsliklər: a) elmi-metodoloji baxımdan beynəlxalq standartlara cavab verir; b) Azərbaycan nitq praktikasına əsaslanır; c)müasir tədris texnologiyalarını nəzərə alır... Əlbəttə, ölkədə kommunikasiya mədəniyyətinin inkişafı yalnız dil haqqındakı elmin problemi deyil, heç bir dilçi hər hansı elm sahəsində mütəxəssis olacaq şəxsə həmin sahənin dilini öyrədə bilməz. Ancaq bütövlükdə müasir akademik təfəkkürün müəyyən (və təbii ki, adekvat!) nitq modellərini təklif edər ki, bu, mahiyyət etibarilə, hər nə qədər multidissiplinar səciyyə daşısa da, məhz nitq təcrübəsi ilə gerçəkləşdiyindən öncə, dilçi mühakiməsinə ehtiyac duyur.

İstər “Azərbaycan dili və nitq mədəniyyəti”ndə, istərsə də “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”da müəllif ardıcıl vətəndaşlıq (və dövlətçilik!) mövqeyindənçıxış edir. Və bu gün ölkəmizdə yürüdülən mükəmməl dil siyasəti işığında həm işgüzar, həm də akademik kommunikasiyanın milli prioritetlərini müəyyənləşdirməyəciddi təşəbbüslər göstərir. Azərbaycan Prezidentinin 23 may 2012- ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın müddəalarını rəhbər tutan müəllif yazır ki, “işgüzar və akademik kommunikasiya ünsiyyət sahəsində elmi-nəzəri, metodoloji və praktik materialları ümumiləşdirir, müasir mütəxəssisin verbal və qeyri-verbal fenomeninə, yazılı və şifahi nitq səriştəsinə istiqamət verir”.

Məlumdur ki, müasir dilçilikdə elmin inkişafının yeni paradiqması – antroposentrizm (praqmatika) hakimdir. XX əsrin əvvəllərində sistem-struktur tədqiqatlar müqayisəli-tarixi dilçiliyi tarixə çevirdiyi kimi, həmin əsrin sonlarında da antroposentrizm sistem-struktur tədqiqatları xeyli məhdudlaşdırmışdır. Ona görə də bu gün ölkəmizdə dil kommunikasiyası, nitq mədəniyyəti, üslubiyyat sahələrində görülən işlər (o cümlədən Nadir Məmmədlinin əsərləri) XXI əsrin çağırışlarına verilən ilk, ancaq kifayət qədər səriştəli, məzmun-mündərəcəli reaksiyalardır.

Xüsusi olaraq qeyd etməliyik ki, bu reaksiyaların, elmi-intellektualreflekslərin dəyəri bir də belə bir cəhətlə müəyyən edilir ki, onlar, əsasən, dərsliklər, dərs vəsaitləridir... Vəcəmiyyətdə bilavasitə gənc nəslin kommunikativfəallığının təmininə yönəlmişdir.

Professor Nadir Məmmədlinin “Moskva Şərq Dilləri İnstitutunun azərbaycanlı alimləri (1876-1930)” (1993), “Moskva Şərqşünaslıq İnstitutunun azərbaycanlı pedaqoq və alimləri” (2022) kitabları müəllifin Rusiya paytaxtı və ətraf şəhərlərin arxivlərində apardığı gərgin axtarışlarının məhsuludur. Və bu axtarışlar Azərbaycan dilçiliyinin tarixi barədəki təsəvvürlərimizi genişləndirməkdədir.

O həmçinin “Azərbaycan dilininorfoqrafiya lüğəti”nin son nəşrlərinin tərtibçilərindən biri, universitetlərin rus bölmələri üçün“Azərbaycan dili” dərsliklərinin müəllifidir.

Seçilən
6
3
aznews.az

4Mənbələr