"Qarabağ" Marko Yankoviçi uzun müddətə itirib.
Sportinfo.az xəbər verir ki, MRT müayinəsi zədənin daha ciddi olduğunu üzə çıxarıb.
Müayinədən sonra müəyyənləşib ki, dördbaşlı əzələnin gərilməsi diaqnozudur. Monteneqrolu legionerin komandaya qayıtması təxminən 6 həftə çəkəcək
Bu isə o deməkdir ki, yarımmüdafiəçi Çempionlar Liqasında oktyabrın 1-də "Kopenhagen" (Danimarka) və oktyabrın 22-də "Atletik"lə (İspaniya) keçiriləcək oyunları buraxacaq.
Marko Yankoviç Çempionlar Liqasının 1-ci turunda "Benfika” ilə keçirilən matçın 77-ci dəqiqəsində zədələnib.