AZ

Qohum evliliklərin ləğvi ilə bağlı MÜHÜM MƏLUMAT: “Qarşısını almaq üçün…”

Müasir tibbi texnologiyaların genetik riskləri öncədən müəyyənləşdirə bilməsi fonunda cəmiyyətdə qohum evliliklərinin qadağasına ehtiyac olub-olmadığına dair sual yaranır. Bəs görəsən, buna həqiqətən də ehtiyac varmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan həkim-terapevt Günay Lətifova bildirib ki, bəzi analizlər və texnoloji avadanlıqlar vasitəsilə müəyyən riskləri əvvəlcədən aşkar etmək mümkündür, lakin bu, problemin kökündən həllinə zəmanət vermir.

Tibb

“Oxşar genlər birləşəndə çox təəssüf ki, müxtəlif qüsurlar üzə çıxır. İnsanlar bəzən ailəvi dəyərləri düşünərək bu addımı atırlar, amma gələcəkdə uşaqlarının sağlamlığını riskə məruz qoyduqlarını unudurlar.” – deyə həkim vurğulayıb.

Günay Lətifova əlavə edib ki, qohum evliliklərinin qarşısını almağın başqa yolu yoxdur və bu qərarın tətbiqi gələcək nəsillərin sağlamlığı baxımından mühüm addımdır:

“Əgər hansısa tibbi avadanlıqla müəyyənləşdirilsə ki, cütlüyün övladları sağlam olmayacaq, bu risk dəyişməyəcək. Rəqəmlərin yerini dəyişsən də, nəticə eyni qalacaq. Buna görə də qohum evliliyinin qadağan olunması çox doğru və vacib qərardır.”

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
20
1
konkret.az

2Mənbələr