AZ

Buzlar əridi, yeni ada yarandı

NASA peykləri Alyaska sahillərində yeni adanın formalaşmasını qeydə alıb. Ada Alsek buzlağının sürətlə əriməsi nəticəsində meydana gəlib.

Publika.az xarici mətbuata istinadla xəbər verir ki, alimlər onilliklərdir Alsek buzlağının geri çəkilməsini izləyirlər. Ərimə Alsek gölünün sahəsini xeyli artırıb və yaxınlıqdakı proqlasial göllərdən gələn sularla da təmin olunub.

Mütəxəssislərə görə, adanın yaranması 2025-ci ilin iyul-avqust aylarında baş verib. Buzlaq cəbhəsinin zəifləməsi nəticəsində böyük aysberqlər birbaşa gölə düşərək yeni torpaq sahəsini formalaşdırıb.

Tədqiqatçılar bildirirlər ki, bu proses Alyaskada buzlaqların sürətlə deqradasiyasının və iqlim dəyişikliyinin landşaftı bir nəsil ərzində kəskin dəyişdirmə qabiliyyətinin açıq sübutudur. Onların fikrincə, davamlı buz itkisi regionun hidrologiyasına və kövrək ekosistemlərinə ciddi təsir göstərəcək.

Seçilən
1
publika.az

1Mənbələr