AZ

Məşhur türkiyəli aktyor Emre Buluta şok ittiham - Saxta polis nişanı ilə avtomobil qaçırıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Son dövrün populyar seriallarının ulduz aktyoru Emre Bulut inanılmaz bir ittihamla gündəmə çevrilib. Belə ki, tanınmış aktyor "saxta polis nişanı ilə avtomobil qaçırmaq" ittihamı ilə həbs edilib.
Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, hadisə ictimaiyyəti şoka salıb.
Hadisə Türkiyə ictimaiyyətində böyük səs-küy doğurub. "Hudutsuz Sevda", "Sipahi" və "Komutan" kimi layihələrdəki rolları ilə tanınan aktyorun 15 ildir tanıdığı, xəstəxanada çalışan A.U.-ya özünü "komissar" kimi təqdim etdiyi iddia olunur. Məlumata görə, Bulut polis nişanı göstərərək Amasyaya getmək üçün avtomobilini xahiş edib. A.U. isə maşının axşama qədər qaytarılacağına inanaraq ona təhvil verib.
Lakin aktyor vəd edilən vaxtda avtomobili qaytarmayıb. Zənglərə cavab verməyən Bulutdan şübhələnən A.U. polisə müraciət edərək şikayətçi olub. Tokat Respublika Baş Prokurorluğu aktyora qarşı "etimaddan sui-istifadə" ittihamı ilə 6 aydan 2 ilə qədər həbs cəzası tələbi irəli sürüb.
İstanbul Əsas Cinayət Məhkəməsində hakim qarşısına çıxarılan Emre Bulut ittihamları qətiyyətlə rədd edib:
"Avtomobili sadəcə bir günlük işim olduğu üçün istədim və o, öz xoşu ilə verdi. Mən heç vaxt komissar olduğumu deməmişəm, aktyoram və hamı məni belə tanıyır. Maşını həmin gün gecə saat 12-də geri qaytardım".
Bulut polis nişanını niyə üzərində gəzdirdiyi barədə suala isə "aktyor olduğum üçün daşıyıram" cavabını verib və bəraət istəyib.
Məhkəmə onun ifadəsini nəzərə alaraq azadlığa buraxılmasına qərar verib. Lakin istintaq hələ də davam edir.
Seçilən
78
5
oxu.az

10Mənbələr