AZ

Qızılağac Milli Parkında brakonyerlik edən şəxslər saxlanılıblar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qızılağac Milli Parkının Kiçik Körfəz su hövzəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qanunsuz balıq ovu ilə məşğul olan, əvvəllər məhkum olunmuş V.İbadov və F.Qafarov saxlanılıblar.
Baxış zamanı həmin şəxslərdən 65 ədəd müxtəlif növ balıq, ov alətləri götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.
Seçilən
15
31
oxu.az

10Mənbələr