AZ

Chrome da inqilabi yenilik

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Google" yaxın vaxtlarda "Chrome" brauzerində inqilabi yenilik həyata keçirəcək.

Milli.Az xəbər verir ki, bu barədə "Wired" məlumat yayıb.

Süni intellektli "Gemini" çat-botu birbaşa brauzerə inteqrasiya ediləcək. Yeni funksiya ilkin olaraq ABŞ-də, Mac və Windows istifadəçiləri üçün təkcə ingilis dilində əlçatan olacaq.

"Gemini"yə brauzerin yuxarı sağ küncündə yerləşən ikon vasitəsilə daxil olmaq mümkün olacaq. İstəyənlər bu ikonu gizlədə də biləcəklər.

İstifadəçilər "Gemini"dən açıq səhifə haqqında izahat almaq, bir neçə vərəqi birləşdirərək ümumiləşdirilmiş məlumat əldə etmək üçün istifadə edə biləcəklər. Bu xüsusiyyət xüsusilə səyahət planlaması və müxtəlif mənbələrdən məlumat toplamaq zamanı faydalı olacaq.

Yaxın zamanda "Chrome" brauzerində axtarış tarixçəsində də süni intellekt axtarışı mümkün olacaq. Beləliklə, ənənəvi tarixçə siyahısına baxmaq əvəzinə, istifadəçi sual verə biləcək: "Keçən həftə hansı saytda qoz ağacından stol görmüşdüm?" - və Gemini uyğun linkləri təqdim edəcək.

Google həmçinin istifadəçilər adından müəyyən tapşırıqları avtomatik yerinə yetirəcək İİ agent funksiyası üzərində işləyir. Məsələn, saç düzümü üçün qeydiyyat yaratmaq və ya ərzaq sifarişi vermək kimi işləri "Gemini"çat-botu həyata keçirəcək.

Bundan əlavə, brauzerin ünvan sətrindən birbaşa "AI Mode" rejimində axtarış imkanı istifadəyə veriləcək. Şirkət bu funksiyanı 2025-ci ilin sentyabr ayının sonunda ABŞ-da işə salmağı, daha sonra isə digər ölkə və dillərə genişləndirməyi planlaşdırır.

İsmayıl

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
2
news.milli.az

3Mənbələr