AZ

Trampın olduğu helikopter Londonda məcburi eniş etdi

Göyərtəsində ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniyanın olduğu helikopter Londonun Luton hava limanına planlaşdırılmamış eniş etmək məcburiyyətində qalıb.

Axar.az xəbər verir ki, bu barədə “İndependent” qəzeti Ağ Evə istinadən məlumat yayıb.

Bildirilib ki, insident Tramplar Britaniyanın Baş naziri Keyr Starmerin iqamətgahından qayıdarkən baş verib.

Amerika liderini daşıyan helikopterdə kiçik hidravlik problem yaranıb. Ehtiyat tədbiri olaraq təyyarənin Luton hava limanına endirilməsi qərara alınıb.

Orada Tramp və həyat yoldaşı ehtiyat helikopterə əyləşib və təyinat məntəqəsi olan Stansted hava limanına doğru yola düşüblər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 16-18-də Birləşmiş Krallıqda səfərdə olub.

Seçilən
18
1
axar.az

2Mənbələr