Xalq artisti Alim Qasımov maraqlı açıqlamaları ilə gündəmə gəlib...
Sənətçi cavan vaxtlarında həm yoldaşına, həm də anasına rüşvət verdiyini açıqlayıb.
O, nə qədər rüşvət versə də, xeyri olmadığını deyib:
"Cavanlqda anamla xanımıma mehriban olsunlar deyə pul verirdim, amma olmadı. Söz-söhbət bütün evlərdə olur. İnsan naşükürdür. Həm də biz cavan idik. Elə bil anamgil evcik-evcik oynayırdıq. Elə oynaya-oynaya gəlib bu yaşa çıxdıq".
Qeyd edək ki, Xalq artisti bu barədə "Rəngarəng" verilişində danışıb.
Poliqon.info