AZ

Məşhur klub “Qarabağ”a XƏBƏR GÖNDƏRDİ: “Biz sizin üçün darıxmışıq” - FOTO

“Braqa" rəsmi "Tiktok" səhifəsində “Qarabağ”la bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, paylaşım Çempionlar Liqasının “Benfika” - “Qarabağ” oyununa (2:3) həsr olunub.

“Benfika”lı futbolçunun matç bitəndə məyus halda çəkilən şəklini yayımlayan braqalılar onun üzərinə bu sözləri yazıb: “Qarabağ” Portuqaliyaya gələndə, amma Braqaya deyil”.

Həmçinin paylaşımda bu sözlər qeyd edilib: “Biz sizin üçün darıxmışıq”.

“Qarabağ” 2024-cü ildə Avroliqanın pley-off mərhələsində “Braqa” ilə qarşılaşıb. Səfərdəki oyunda Ağdam təmsilçisi 4:2 hesabı ilə qalib gəlib,

Bakıda isə uduzub (2:3). İki oyunun cəmində 6:5 hesabı ilə qalib gələn “Kəhər atlar” növbəti mərhələyə yüksəlib.

Seçilən
11
sportinfo.az

1Mənbələr