AZ

Trampla xanımı helikopterdə təcili eniş etdilər

ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniyanı daşıyan “Marine One” helikopteri hidravlik problemlər səbəbindən Böyük Britaniyada təcili eniş edib.

KONKRET.az “Newsweek”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

“Marine One” vertolyotu kiçik hidravlik problemə görə Londonun Luton hava limanına enib. Bu qərar ehtiyat üçün verilib. Enişdən sonra ABŞ prezidenti və birinci xanım təhlükəsiz şəkildə ehtiyat vertolyota minərək Stansted hava limanına səyahətlərini davam etdiriblər. Onların gəlişi bir neçə dəqiqə gecikib”, – deyə Livitt deyib.

O bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb.

Seçilən
13
1
konkret.az

2Mənbələr