Ukrayna Xüsusi Təyinatlı Qüvvələri Rusiyanın Kursk vilayətindəki 810-cu dəniz piyadaları briqadasının logistik mərkəzinə zərbə vurub.
Milli.Az xəbər verir ki, hücum nəticəsində maddi-texniki təminat, sursat anbarları və gizli anqarlar məhv edilib. Briqada Krımın işğal olunmuş Sevastopol şəhərində yerləşir və Şimal-Sloboyansk istiqamətində döyüşlərdə fəal iştirak edir.
Həmçinin, briqadanın şəxsi heyətinin Ukraynalı əsirlərə qarşı hərbi cinayətlər törətdiyi bildirilir.
Asya
Milli.Az