Suriya Xarici İşlər Naziri Əsəd Həsən əş-Şeybanı Vaşinqtonda ABŞ Maliyyə Nazirliyinin nümayəndələri və Konqres üzvləri ilə bir sıra görüşlər keçirib.
Editor.az xəbər verir ki, görüşlərdə əsas diqqət Ərəb Respublikasına qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması və Suriya iqtisadiyyatının bərpasına mane olan məqamların müzakirəsinə yönəlib.
Bu səfər Suriya XİN başçısının son 25 ildən artıq müddət ərzində ABŞ-a ilk rəsmi səfəri kimi tarixə düşüb. Danışıqlar zamanı əş-Şeybanı iqtisadi bərpa prosesinin sürətləndirilməsi üçün sanksiyaların ləğv yollarını müzakirə edib.
//Samir Qurbanov, Editor.az