AZ

Ukrayna əhalisi 6 ildə 8,6 milyon nəfər azalıb

Ukraynada əhalinin sayı 29 milyondan aşağı düşüb.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumatlarda bildirilir.

“Yaşayış yeri haqqında məlumatı rəsmi təqdim etmiş şəxslərin ümumi sayı (2025-ci il üçün – red.) 28,7 milyon nəfərdir”, - deyə qeyd olunub.

2019-cu ildə Ukrayna əhalisinin sayı 37,3 milyon nəfər olub. Bu da onu göstərir ki, ölkə əhalisinin sayı son 6 ildə 8,6 milyon nəfər azalıb.

Seçilən
14
2
publika.az

3Mənbələr