AZ

Azərbaycan Ədalətli Oyunlar Hərəkatının sədrinə Belçikada diplom verilib

Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa Ədalətli Oyunlar Hərəkatının (EFPM) İcraiyyə Komitəsinin növbəti toplantısında Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri, eyni zamanda EFPM İcraiyyə Komitəsinin üzvü Xəzər İsayevə "Ədalətli Oyun Karyerası" nominasiyası üzrə diplom təqdim edilib.

90deqiqe.Az-ın məlumatına görə, mükafat X.İsayevə idmanda ədalətli oyun prinsiplərinin təşviqi sahəsində uzunillik fəaliyyətinə, gənc nəslin bu dəyərlər ruhunda tərbiyəsinə verdiyi töhfələrə, eləcə də beynəlxalq "fair play" hərəkatında fəal iştirakı və təşəbbüskar mövqeyinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (CIFP) fəxri prezidenti, professor Jeno Kamuti tərəfindən verilib.

İclasda həmçinin AzƏOK-un məsul katibi Aysel Sultanova da yer alıb.

Toplantıda EFPM-in gələcək inkişaf strategiyası, idarəetmə, maliyyə, beynəlxalq əlaqələr və kommunikasiya sahələrində əsas istiqamətlər üzrə müzakirələr aparılıb və 2025–2026-cı illəri əhatə edən fəaliyyət planı qəbul olunub.

Sentyabrın 16-da Brüssel Bələdiyyəsinin Qotik zalında keçirilən rəsmi mərasimdə Avropa Ədalətli Oyunlar Hərəkatı tərəfindən idmanda sülh, həmrəylik, hörmət və dözümlülük kimi dəyərlərin təbliğinə verdiyi töhfəyə görə Beynəlxalq Xüsusi Olimpiya təşkilatına 3-cü "Sülh naminə Fair Play" mükafatı təqdim edilib.

Seçilən
25
7
90deqiqe.az

8Mənbələr