Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Minifutbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində Azərbaycan komandaları uğurlu nəticə göstəriblər.
90deqiqe.Az-ın məlumatına görə, “Zirə” Monteneqronun “MFK Hram” klubunu 2:0 hesabı ilə məğlub edib. “Birbaşa Bakı” isə Yunanıstan təmsilçisi “Flaminqos” üzərində 3:1 hesablı qələbə qazanıb. Hər iki komanda turnirin 1/4 finalına yüksəlib.
Digər təmsilçimiz “Aznur” isə Çexiyanın “Brno” klubu ilə oyunda 2:2 hesabı ilə heç-heçə etsə də, penalti seriyasında 2:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.